uBO Lite (uBOL) MV3 əsaslı məzmun bloklayıcısıdır. Defolt qaydalar dəsti uBlock Origin-in defolt filtr dəstinə uyğundur: - uBlock Origin-in daxili filtr siyahıları - EasyList - EasyPrivacy - Peter Lowe-un Reklam və izləyici server siyahısı Seçimlər səhifəsinə keçərək daha çox qayda dəstini aktivləşdirə bilərsiniz. Bunun üçün açılan paneldəki _Dişli çarxlar_ ikonasına klikləyin. uBOL tamamilə deklarativdir. Bu o deməkdir ki, filtrləmənin aparılması üçün uBOL-un daimi prosesinə ehtiyac yoxdur və CSS/JS inyeksiyasına əsaslanan məzmun filtrləməsi genişləndirmə əvəzinə birbaşa brauzer tərəfindən etibarlı şəkildə həyata keçirilir. Bu sistemin köməyi ilə, uBOL prosessorunuzu və yaddaşınızı qətiyyən yormur. Proqramın arxa fon prosesi (service worker) yalnız siz idarəetmə paneli və ya parametrlər səhifəsini açanda işə düşür.